Türkiyəli baş məşqçi Azərbaycan klubunun büdcəsini gözləyir: “Başqa təkliflərim də var”

Müsahibə
17 İyun 2024 12:00
373
Türkiyəli baş məşqçi Azərbaycan klubunun büdcəsini gözləyir: “Başqa təkliflərim də var”

“Xəzri” baş məşqçisi Murat Dikmənlə müqaviləsini yeniləməyib.

Türkiyəli mütəxəssisin İdman.bizə verdiyi məlumata görə, özü anlaşmanı imzalamağa tələsmir.

Azərbaycan Basketbol Liqasının gümüş medalçısı bildirib ki, klubun hədəfləri dəqiqləşdikdən sonra qərarını verəcək: “Yeni mövsümdən də çempionluq üçün oynayıb-oynamayacaqları və büdcənin necə olacağını gözləyirəm. Yalnız bunlardan sonra yeni müqavilə imzalana bilər”.

Onun sözlərinə görə, Azərbaycanda işinə davam etmək arzusundadır: “Kosovonun “Priştina”, Slovakiyanın “Komarno”, Çexiyanın “Brno” və Türkiyənin “Esenler Erol”, “Çayırova” klubları ilə yanaşı, ölkənizdən də təkliflər var. Azərbaycanda qalmaq istəyirəm. 15 gün ərzində hər şey bəlli olacaq”.

Qeyd edək ki, “Xəzri” Dikmənin rəhbərliyi altında finala kimi irəliləyib. Komanda həlledici seriyada “Sabah”a uduzaraq ikinci olub.

Emin Ağa
İdman.biz