Millimiz Ermənistanla oyunun hazırlığını Serbiyada keçəcək

Xəbərlər
28 May 2024 11:35
150
Millimiz Ermənistanla oyunun hazırlığını Serbiyada keçəcək

Azərbaycanın kişilərdən ibarət 3x3 basketbol millisi təlim-məşq toplanışına yollanıb.

İdman.biz xəbər verir ki, komandamız Seribayanın Novi Sad şəhərində hazırlıq keçəcək.

Amil Həmzəyev, Zaur Paşayev, Cəbrayıl Əkbərov, Endər Poladxanlı və Kamran Məmmədovdan ibarət heyətə qarşıdakı günlərdə Cordan Deyvisin də qoşulması gözlənilir. Bu basketbolçular arasından seçiləcək 4 nəfərlik yekun heyətə isə məhz hazırlıq prosesinin sonlarında qərar veriləcək. İyunun 7-dək davam edəcək toplanışın əsas məqsədi iyunun 8-9-da Kosovonun Priştina şəhərində keçiriləcək Avropa Kubokunun təsnifat mərhələsinə hazırlaşmaqdır.

Qeyd edək ki, millimiz təsnifat mərhələsinin B qrupunda Kosovo, Kipr, Albaniya və Ermənistan seçmələri ilə qarşılaşacaq.

İdman.biz

Məqalədə: