Bürünc savaşında ilk dueli NTD-İNDİQO qazanıb - VİDEO

Xəbərlər
15 May 2024 21:19
366
Bürünc savaşında ilk dueli NTD-İNDİQO qazanıb - VİDEO

Bu gün Azərbaycan Basketbol Liqasında (ABL) 3-cü yer uğrunda seriyaya start verilib.

İdman.biz xəbər verir ki, “Xırdalan” və NTD-İNDİQO bürünc medallar üçün ilk duelə çıxıb.

Xaçmaz basketbolçuları inamlı qələbə qazanıblar. Üç periodu üstün bitirən NTD-İNDİQO bürüncə bir addım yaxınlaşıb. Oyun 95:79 hesabı ilə başa çatıb.

Qeyd edək ki, komandalar arasında ikinci oyun mayın 18-də keçiriləcək.

Azərbaycan Basketbol Liqası
3-cü yer uğrunda matç
15 may
19:30. "Xırdalan" – NTD-İNDİQO - 79:95 (17:23, 17:13, 23:33, 22:26)

"Sərhədçi" İdman Mərkəzi

İdman.biz