Çempion ilk finalçı olub - VİDEO

Xəbərlər
10 May 2024 21:53
398
Çempion ilk finalçı olub - VİDEO

Bu gün Azərbaycan Basketbol Liqasında yarımfinal mərhələsinin növbəti görüşü keçirilib.

İdman.biz xəbər verir ki, “Xırdalan”la “Sabah” ikinci dəfə qarşılaşıb.

İlk oyunda 101:85 hesabı ilə qələbə qazanan çempion bu görüşdə də eyni uğuru təkrarlayıb. "Sabah" yenə çətinlik çəkməyib. Rimas Kurtinaytisin komandası 81:62 hesabı ilə qalib gələrək finala yüksəlib.

Qeyd edək ki, onların rəqibi NTD-İNDİQO - “Xəzri” cütünün güclüsu olacaq. Xaçmazlılar yarımfinalın ilk qarşılaşmasına 61:63 hesabı ilə uduzub.

Azərbaycan Basketbol Liqası
1/2 final, ikinci oyun
7 may
19:30. "Xırdalan" - "Sabah" - 62:81 (16:28, 14:11, 18:8, 14:34)

"Sərhədçi" Olimpiya Mərkəzi
İlk oyun: 85:101

İdman.biz