Kubokun qalibindən 12-ci qələbə - VİDEO - FOTO

Xəbərlər
26 Aprel 2024 21:12
Kubokun qalibindən 12-ci qələbə - VİDEO - FOTO

Bu gün Azərbaycan Basketbol Liqasında XVIII turun növbəti görüşü keçirilib.

İdman.biz xəbər verir ki, günün yeganə matçı Bakıda təşkil olunub.

"Sərhədçi" Azərbaycan kubokunun qalibi "Neftçi"ni sınağa çəkib. Hər 2 komanda pley-offa vəsiqə qazandığında matç demək olar ki, formal xarakter daşıyıb. "Ağ-qaralar" 73:69 hesabı ilə qalib gəliblər.

Qeyd edək ki, turun ilk 2 görüşündə "Sabah" "Xəzri"yə 77:65, “Xırdalan” “Cəlilabad”a 90:84 hesabı ilə qalib gəlib. Sabah "Gəncə" "Sumqayıt"ı, ertəsi gün NTD-İNDİQO "Şəki"ni qəbul edəcək.

26 aprel
XVIII tur
19:30. "Sərhədçi" – "Neftçi" - 69:73 (10:21, 19:21, 18:15, 22:16)

"Sərhədçi" İdman Mərkəzi

Sabah BK

18

15

3

1722-1478 (+244)

33

Xəzri BK

18

13

5

1577-1485 (+92)

31

NTD-İNDİQO

17

13

4

1589-1377 (+212)

30

Xırdalan BK

18

12

6

1674-1636 (+38)

30

Neftçi İK

18

12

6

1569-1463 (+104)

30

Sərhədçi PİK

18

7

11

1553-1579 (-26)

25

Sumqayıt BK

17

6

11

1440-1553 (-113)

23

Cəlilabad BK

18

5

13

1555-1664 (-109)

23

Gəncə BK

17

4

13

1434-1574 (-140)

21

Şəki BK

17

1

16

1262-1566 (-304)

18

İdman.biz