“Xırdalan”ın baş məşqçisi: “Fikrət Ələkbərovun 33 xal qazanması əla statistika idi”

Xəbərlər
27 Fevral 2024 22:39
137
“Xırdalan”ın baş məşqçisi: “Fikrət Ələkbərovun 33 xal qazanması əla statistika idi”

“Ölkə kubokuna qələbə ilə başladığımız üçün komandamı təbrik edirəm”.

İdman.biz xəbər verir ki, bunu “Xırdalan”ın baş məşqçisi Uğur Özdemir deyib.

Azərbaycan kubokuna qələbə ilə start verən komandanın çalışdırıcısı müdafiədə daha yaxşı oynamalı olduğunu bildirib: “Bu matçda geniş heyətlə çıxış edə bildik. Çox oyunçumuzdan dəstək ala bildim. Ümumi nəzər salsaq, 2 həftə oynamadığımız ilk dəqiqələrdən təsirini hiss etdik. Lakin qarşılaşmaya sonradan adaptasiya ola bildik. Yerli basketçulardan Fikrət Ələkbərovun 33 xal qazanması və 10 assistlik göstərici ilə çıxış etməsi əla statistika idi. Bütün oyunçularıma bundan da gözəl çıxış etmələrini arzu edirəm, xüsusilə müdafiədə. Çünki, bu gün müdafiədə yaxşı oynamadığımızı düşünürəm. Bir daha komandamı təbrik edirəm”.

Qeyd edək ki, “Xırdalan” ilk görüşdə “Sumqayıt”a 108:84 hesabı ilə qalib gəlib.

İdman.biz