Uğur Özdemir: “Yaxşı performans göstərəcəyimizə inanırdıq”

Xəbərlər
11 Fevral 2024 17:05
215
Uğur Özdemir: “Yaxşı performans göstərəcəyimizə inanırdıq”

“Pley-offa ən yüksək sıralardan qatılmaq istəyirik”.

İdman.biz xəbər verir ki, bunu “Xırdalan” basketbol klubunun baş məşqçisi Uğur Özdemir deyib.

Azərbaycan Basketbol Liqasının XIV turunda səfərdə NTD-İNDIQO-ni 84:80 hesabı ilə məğlub edən komandanın çalışdırıcısı məqsədlərin addım-addım yaxınlaşdıqlarını bildirib: “Qələbə münasibəti ilə komandamı təbrik edirəm. Çox yaxşı mübarizə apardılar. Rəqib komanda da eynilə yaxşı oyun sərgilədi. Matçı izləyənlər üçün baxımlı oyun alındı. Qələbəmizə toxunsaq, 1 həftədir çox ciddi çalışmalar gedirdi. Amma uğurumuz sırf bu həftədəki məşqlərin deyil, bütün mövsüm boyu durmadan çalışmamızın və qarşımıza qoyduğumuz hədəflərin nəticəsidir. Addım-addım yaxşılaşdıq. 2-ci dövrə daha yaxşı performans göstərəcəyimizə inanırdıq. Ardıcıl 5-ci qələbəmizi qazandıq. Bundan sonrakı oyunlara da eyni ritmdə hazırlaşıb qələbə qazanmağı hədəfləmişik. Bir daha bu gözəl qələbə münasibəti ilə komandamı təbrik edirəm”.

Qeyd edək ki, “Xırdalan” dalbadal 5-ci qələbəsini qazanaraq, liderlə aradakı fərqi 3-ə endirib.

İdman.biz