İsveçrə klubunun baş məşqçisi: “Freyzerin yaxşı oyun keçirməsinə imkan verə bilməzdik”

7 Oktyabr 2026 23:50
94
İsveçrə klubunun baş məşqçisi: “Freyzerin yaxşı oyun keçirməsinə imkan verə bilməzdik”

“Lions de Geneve”nin baş məşqçisi Patrik Pembele FIBA Avropa Kubokunun G qrupunda “LANDAU Lions” üzərində qazandıqları 105:83 hesablı qələbəni dəyərləndirib.

İdman.Biz xəbər verir ki, isveçrəli mütəxəssis Azərbaycan basketbolunun son illərdə inkişaf etdiyini vurğulayıb və Bakı təmsilçisini göstərdiyi işə görə təbrik edib.

“Rəqibi son üç ildə gördükləri işə görə təbrik edirəm. Azərbaycanda basketbol çox inkişaf edib”, - deyə Pembele bildirib.

Baş məşqçi “LANDAU Lions”un oyunlarını əvvəlcədən təhlil etdiklərini və əsas diqqəti Ceyms Freyzerə yönəltdiklərini açıqlayıb:

“Ötən mövsümdəki oyunlarına baxmışdıq. Biz Freyzerin yaxşı gecə keçirməsi riskini ala bilməzdik. Əsas planımız Freyzeri zərərsizləşdirmək idi. Onu geriyə qayıtmağa məcbur etməliydik. Bunu da bacardıq. Bir qədər bəxtimiz də gətirdi”.

İdman.Biz