“Neftçi SOCAR” FIBA Qadınlar Seriyasının finalında mübarizəyə başlayır

5 Sentyabr 2026 11:50
85
“Neftçi SOCAR” FIBA Qadınlar Seriyasının finalında mübarizəyə başlayır

3x3 basketbol üzrə “Neftçi SOCAR” komandası bu gün FIBA Qadınlar Seriyasının mövsüm finalında mübarizəyə başlayacaq.

İdman.Biz xəbər verir ki, Çinin Şanxay şəhərində keçiriləcək turnirin qrup mərhələsində Azərbaycan təmsilçisinin ilk rəqibi Fransa olacaq. Qarşılaşma saat 12:45-də başlayacaq.

“Neftçi SOCAR” daha sonra Niderland 14:50 və Almaniya 16:55 yığmaları ilə qarşılaşacaq.

Qeyd edək ki, Azərbaycan təmsilçisi ötən il Şanxayda keçirilən FIBA Qadınlar Seriyasının mövsüm finalında ikinci yeri tutub.

İdman.Biz