3x3 basketbol üzrə “Neftçi SOCAR” komandası FIBA Qadınlar Seriyasının mövsüm finalında mübarizə aparacaq.
İdman.Biz xəbər verir ki, sentyabrın 5-6-da Çinin Şanxay şəhərində təşkil olunacaq final mərhələsində Azərbaycan təmsilçisi A qrupunda yer alıb.
Komandanın rəqibləri Niderland, Fransa və Almaniya yığmaları olacaq.
“Neftçi SOCAR” qrup mərhələsində ilk oyununu sentyabrın 5-də keçirəcək. Təmsilçimizin qarşılaşmalarının təqvimi belədir:
12:45 – Fransa
14:50 – Niderland
16:55 – Almaniya
Qeyd edək ki, Azərbaycan komandası ötən il Şanxayda keçirilən FIBA Qadınlar Seriyasının mövsüm finalında ikinci yeri tutub.
