Françesko Totti futboldan basketbola keçdi

2 Sentyabr 2026 06:24
87
Françesko Totti futboldan basketbola keçdi

İtaliya futbolunun əfsanəsi Françesko Totti basketbol klubunda fəaliyyət göstərəcək.

İdman.Biz xəbər verir ki, 49 yaşlı sabiq futbolçu bu barədə “Instagram” hesabında məlumat yayıb.

Totti “Maksima Roma” klubunda azarkeşlərlə iş və sosial layihələrə cavabdeh olacaq.

“Yeni motivasiyalara ehtiyacım var idi və özümü yeni çağırışda sınamaq istəyirdim. Mənə təklif olunan rol və hər şeydən əvvəl layihə məni ilk gündən inandırdı. Biz Romaya və romalılara dəstək olacaqları, qürur duyacaqları və özlərini onunla eyniləşdirəcəkləri basketbol komandası bəxş etmək istəyirik”, – deyə Totti bildirib.

Qeyd edək ki, Totti əslən italyan olan amerikalı investor Pol Matyaşiçin layihəsinə qoşulub. O, “Breşiya”dan idman hüquqlarını alaraq klubu Romaya köçürüb. Yeni komanda İtaliya A Seriyası və Avrokubokda mübarizə aparacaq.

İdman.Biz