Gənc xanım basketbolçu Səlminaz Ramazanlı ABŞ universitetindən 100 faiz təqaüd aldı

1 Sentyabr 2026 20:07
70
Gənc xanım basketbolçu Səlminaz Ramazanlı ABŞ universitetindən 100 faiz təqaüd aldı

Azərbaycanın gənc və perspektivli basketbolçularından olan Səlminaz Ramazanlı ABŞ-da ali təhsil almaq üçün mühüm uğura imza atıb.

İdman.Biz Aztehsil.az-a istinadən xəbər verir ki, 2007-ci il aprelin 30-da Sumqayıtda anadan olan basketbolçu ABŞ-ın Louisiana Universitetində “Exercise Science and Wellness” ixtisası üzrə bakalavr təhsili almaq üçün 100 faiz təqaüd qazanıb.

Səlminaz Ramazanlı eyni zamanda universitetin “Louisiana Wildcats” qadın basketbol komandasında çıxış etmək təklifi də alıb.

Hazırda “Neftçi”nin formasını geyinən gənc basketbolçu həm klassik basketbol, həm də 3x3 basketbol üzrə Azərbaycan milli komandalarında çıxış edir.

Qeyd edək ki, Səlminaz Ramazanlı Sumqayıt şəhərində tanınmış müəllimlərdən biri olan Aliyə Əhmədovanın qızıdır.

İdman.Biz