“Neftçi SOCAR” FIBA 3x3 Qadınlar Seriyasının (Women Series) 2026-cı il mövsümünü yüksək nəticə ilə başa vurub.
İdman.Biz xəbər verir ki, Azərbaycan təmsilçisi mövsümün yekun sıralamasında 672 xalla ikinci pilləni tutub.
“Neftçi SOCAR” il ərzində keçirilən 12 mərhələnin hamısında mübarizə aparıb. Komandamız “Orlean” və “Marsel” mərhələlərində bütün rəqiblərini üstələyərək turnirin qalibi olub.
Mövsümün yekun sıralamasında Niderland 715 xalla birinci olub. “Neftçi SOCAR” 672 xalla ikinci, Monqolustan təmsilçisi “Ulan-Bator Amazons” isə 665 xalla üçüncü pillədə qərarlaşıb.
İlk onluqda həmçinin “Pekin” (660), “Rapid Buxarest” (595), Çin (567), Fransa (535) və Almaniya (517) yer alıb.
Beləliklə, “Neftçi SOCAR” FIBA 3x3 Qadınlar Seriyasının 2026-cı il mövsümünü dünyanın ikinci ən yaxşı komandası kimi tamamlayıb.
