Azərbaycan milli komandasının basketbolçusu Ercan Donat “LANDAU Lions” klubuna transfer olunub.
İdman.Biz xəbər verir ki, yeni mövsümə hazırlıqlarını davam etdirən Bakı təmsilçisi 208 sm boya malik mərkəz oyunçusu ilə heyətini gücləndirib.
Azərbaycan millisinin dəvət alan basketbolçunun son klubu “Şəki” olub.
Qeyd edək ki, Ercan Donatın qardaşı Saadettin Donat da “LANDAU Lions”un formasını geyinir.
