“Gəncə” basketbol klubu üç oyunçusu ilə əməkdaşlığı başa vurub.
İdman.Biz xəbər verir ki, bölgə təmsilçisi müqavilələri başa çatan Cəbrayıl Əkbərov, Ulaş Turğut və Nazar Quliyevlə yollarını ayırıb.
Klub ötən mövsüm komandanın uğurlarında pay sahibi olan basketbolçulara təşəkkür edib və onların gələcək karyeralarında uğurlar arzulayıb.
Ayrılan oyunçulardan Cəbrayıl Əkbərovun yeni klubu artıq məlumdur. Azərbaycan millisinin 24 yaşlı üzvü “Neftçi” ilə qarşıdakı mövsümün sonunadək müqavilə imzalayıb.
Nazar Quliyev də karyerasını Azərbaycan Basketbol Liqasında davam etdirəcək. 24 yaşlı basketbolçu avqustun 4-də “Ordu” ilə müqavilə bağlayıb.
Ulaş Turğutun isə “Gəncə”dən ayrıldıqdan sonra hansı komandada çıxış edəcəyi hələ açıqlanmayıb. O, 2025-ci ilin oktyabrında “Sərhədçi”dən “Gəncə”yə keçmiş və mövsümün sonunadək müqavilə imzalamışdı.
