Azərbaycan çempionu ilə oyunda qələbə istəyi

19 Yanvar 2024 10:50
734
Azərbaycan çempionu ilə oyunda qələbə istəyi

"Qış fasiləsindən sonra bütün komandalar çətinliklə üzləşirlər. Buna səbəb komandaların istirahətdən qayıtmasıdır”.

İdman.biz xəbər verir ki, bunu NTD-İNDİQO-nun basketbolçusu Əkbər Məmmədov deyib.

24 yaşlı basketbolçu XI turda Azərbaycan çempionu "Sabah"la oyundan əvvəl gözləntilərini açıqlayıb. O bildirib ki, rəqibləri güclü və zəif olaraq ayırmırlar: “Doğma divarlarda, Xaçmazda oynayacağıq. Əlbəttə, qələbə qazanmaq istəyirik. Hər oyuna həlledici kimi baxırıq və tam gücümüzlə mübarizə aparırıq. Birinci dövrədə "Sabah"a məğlub olduq. Bu məğlubiyyətdən sonra nəticə çıxardıq. Qarşıdakı oyuna ciddi hazırlaşırıq".

Qeyd edək ki, NTD-İNDİQO - “Sabah” matçı yanvarın 21-də saat 14:00-da start götürəcək.

İdman.biz