Azərbaycan Basketbol Liqasında müntəzəm mövsümün 20-ci turunun “Sabah”la oyununda zədələnən “Abşeron Lions”un üzvü Ceylen Şounun son durumu bəlli olub.
Komandanın baş məşqçisi Erhan Toker AZƏRTAC-a bildirib ki, dizindən xəsarət alan amerikalı basketbolçu “Neftçi” ilə keçiriləcək yarımfinal oyunlarında meydana çıxmayacaq.
“Artıq Ceylen Şou üçün mövsüm erkən başa çatıb”, - deyə o söyləyib.
Qeyd edək ki, “Abşeron Lions” “Neftçi” ilə seriyanın ilk oyununa aprelin 23-də çıxacaq.
