Azərbaycan Basketbol Liqasında yarımfinal mərhələsinə start verilib. İlk oyun günündə son çempion “Sabah” doğma meydanda “Gəncə” kollektivini qəbul edib.
İdman.Biz xəbər verir ki, Bakı İdman Sarayında baş tutan qarşılaşma meydan sahiblərinin tam üstünlüyü ilə keçib. “Bayquşlar” rəqibini 96:67 hesabı ilə darmadağın edərək seriyada önə keçiblər.
Qeyd edək ki, yarımfinal mərhələsinin digər görüşündə sabah “Abşeron Lions” və “Neftçi” komandaları münasibətləri aydınlaşdıracaqlar. Reqlamentə əsasən, iki qələbə qazanan tərəf finala vəsiqə əldə edəcək.
10:56
Bu gün Azərbaycan Basketbol Liqasında yarımfinal mərhələsinə start veriləcək.
İdman.Biz xəbər verir ki, ilk oyun günündə “Sabah” “Gəncə” ilə qarşılaşacaq.
Görüş Bakı İdman Sarayında, saat 19:00-da başlayacaq.
Qeyd edək ki, yarımfinal mərhələsinin digər görüşündə sabah “Abşeron Lions” və “Neftçi” komandaları münasibətləri aydınlaşdıracaqlar.
