Azərbaycanın beynəlxalq dərəcəli basketbol hakimləri fiziki testdən uğurla keçiblər - VİDEO

Xəbərlər
22 Yanvar 2026 14:03
57
Azərbaycanın beynəlxalq dərəcəli basketbol hakimləri fiziki testdən uğurla keçiblər - VİDEO

Azərbaycanın beynəlxalq dərəcəli basketbol hakimləri fiziki testdən uğurla keçiblər.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Basketbol Federasiyası (ABF) məlumat yayıb.

Bildirilib ki, referilər mövsümün ortasında keçirilən qaçış testini uğurla tamamlayaraq yay mövsümündə FIBA turnirlərində iştirak etmək hüququ qazanıblar.

Test FİBA-nın Azərbaycandakı milli təlimçisi Ələkbər Həsənov tərəfindən keçirilib.

Qeyd edək ki, testə ABF-nin müxtəlif liqalarında fəaliyyət göstərən hakimlər də cəlb olunublar.

İdman.Biz