Samir Styuart: “Azərbaycanda oynamaq mənim üçün çətin olmadı”

Xəbərlər
21 Yanvar 2026 17:45
38
Samir Styuart: “Azərbaycanda oynamaq mənim üçün çətin olmadı”

“Şəki” klubundan ayrılan sabiq kapitan Samir Styuart Azərbaycan açıqlama verib.

İdman.Biz xəbər verir ki, basketbolçu əvvəlcə Azərbaycanla bağlı təəssüratlarından danışıb.

“Əvvəllər Azərbaycan adlı ölkə haqqında məlumatım yox idi. Lakin sonradan gördüm ki, Bakı şəhəri olduqca gözəl və müasir bir şəhərdir və ABŞ-də yerləşən Çikaqo şəhərini xatırladır”, - deyə o qeyd edib.

ABL Liqası barədə fikirlərini bölüşən Styuart burada mübarizəni davam etdirə bilmədiyi üçün təəssüf hissi keçirdiyini bildirib:

“Liqada yüksək büdcəyə malik, həm legionerlərdən, həm də yerli oyunçulardan ibarət güclü heyətlərə sahib komandalar var idi. “Sabah” və “Abşeron Layns” kimi klublar buna nümunədir”.

Basketbolçu “Şəki” klubunda çıxışını xüsusi qeyd edib:

“Burada oynamaq mənim üçün böyük məmnuniyyət idi. Digər komandalarla müqayisədə məşqçi heyətinin az olması müəyyən çətinliklər yaratsa da, baş məşqçi ilə basketbol mövzusunda çoxlu müzakirələr apardıq və aramızda peşəkar, səmimi münasibət formalaşdı. Komanda yoldaşlarımla da yaxşı əlaqələr quruldu”.

Sabiq kapitan zədə səbəbindən mövsümün erkən başa çatmasının arzuolunan olmadığını vurğulayıb və göstərilən etimada görə kluba təşəkkür edib.

O, Polşa və Bosniya və Herseqovina çempionatları ilə müqayisədə Azərbaycanda oynamağın çətin olmadığını bildirib:

“Ən böyük çətinlik ABŞ-də yaşayan yaxınlarımla vaxt fərqinin 9-10 saat olması idi. Basketbola gəldikdə isə, qaydalar hər yerdə eynidir və bu səbəbdən uyğunlaşma prosesi mənim üçün nisbətən asan oldu”.

Qeyd edək ki, Samir Styuart ABL Liqasında “Şəki” klubunun kapitanı kimi çıxış edib və mövsüm ərzində zədə səbəbindən meydanlardan kənar qalıb.

İdman.Biz