“Lənkəran”ın baş məşqçisi: “Basketbolçularımız “Sərhədçi” ilə matçda xarakter göstərdilər”

Xəbərlər
8 Yanvar 2026 23:47
56
“Lənkəran”ın baş məşqçisi: “Basketbolçularımız “Sərhədçi” ilə matçda xarakter göstərdilər”

“Lənkəran” basketbolçuları “Sərhədçi” ilə oyunda xarakter göstəriblər.

İdman.Biz xəbər verir ki, bunu cənub təmsilçisinin baş məşqçisi Qeorgi Kondruseviçin klubun mətbuat xidmətinə açıqlamasında deyib.

O, “Sərhədçi” üzərində 72:69 hesablı qələbəni şərh edib:

“Komandamı ilin ilk qələbəsi münasibəti ilə təbrik edirəm. Bizdən asılı olmayan səbəblərə görə heyət baxımından çətinliklərlə üzləşdik. Normal şəkildə hazırlaşmaq imkanımız olmadı. Oyun üçün cəmi 8 basketbolçunun xidmətindən yararlana bildim. Amma oyunçular xarakter göstərdilər və sübut etdilər ki, meydançada bütün gücünü, imkanlarını ortaya qoysan, hər şeyə nail olmaq mümkündür. Mən onlarla qürur duyuram”.

İdman.Biz