Ca Morant geri dönür

Xəbərlər
19 Dekabr 2023 20:29
146
Ca Morant geri dönür

NBA ulduzu Ca Morant bu gecə 25 oyundan sonra yenidən meydana çıxacaq.

İdman.biz xəbər verir ki, “Memfis Qrizzliz”in basketbolçusu “Nyu-Orlean”a qarşı forma geyinəcək.

Morant 2023/2024 mövsümün əvvəlini buraxmalı olub. Buna səbəb onun qalmaqallı hadisədə iştirak etməsidir. Dostu tərəfindən yayımlanan videoda Canın tapançadan istifadə etdiyi üzə çıxmışdı. Nəticədə Assosiasiya rəhbərliyi ulduz basketbolçunu uzun müddətli cəzalandırmışdı.

Qeyd edək ki, Morantsız “Memfis” 25 oyunda cəmi 6 qələbə qazana bilib. Komanda qərb zonasında 13-cü pillədə qərarlaşıb.

İdman.biz