FIBA Avropa Kuboku: Azərbaycan klubları məğlub olublar - YENİLƏNİB

Xəbərlər
13 Noyabr 2025 00:27
157
FIBA Avropa Kuboku: Azərbaycan klubları məğlub olublar - YENİLƏNİB

Azərbaycanın basketbol klubu “Abşeron Lions” FIBA Avropa Kubokunda növbəti oyununu keçirib.

Klub Polşa təmsilçisi “Trefl”lə qarşılaşıb.

Görüş 22:15-də Sopotdakı “Sentennial Sport Hall”da baş tutub və 98:78 hesabı ilə Polşa komandasının qələbəsi ilə başa çatıb.

23:50

Azərbaycanın basketbol klubu “Neftçi” FIBA Avropa Kubokunda növbəti oyununu keçirib.

İdman.Biz-in məlumatına görə, I qrupunda mübarizə aparan “Neftçi” səfərdə Estoniyanın “Kalev” komandası ilə üz-üzə gəlib.

Tallindəki “Kalevi Spordihall”da baş tutan görüş meydan sahiblərinin 88:82 hesablı qələbəsi ilə başa çatıb.

11:08

Bu gün Azərbaycanın basketbol klubları FIBA Avropa Kubokunun I qrupunda növbəti oyunlarını keçirəcəklər.

İdman.Biz xəbər verir ki, I qrupunda mübarizə aparan “Neftçi” səfərdə Estoniyanın “Kalev” komandası ilə üz-üzə gələcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 21:30-da Tallindəki “Kalevi Spordihall”da start götürəcək.

Qrupun digər görüşündə “Abşeron Lions” Polşa təmsilçisi “Trefl”lə münasibətlərə aydınlıq gətirəcək. Bu görüş 22:15-də Sopotdakı “Sentennial Sport Hall”da baş tutacaq.

Qeyd edək ki, I qrupda “Trefl” və “Neftçi” hərəyə yeddi xalla müvafiq olaraq birinci və ikinci pillələrdə qərarlaşıblar. Beş xalı olan “Abşeron Lions” və “Kalev” isə üçüncü və dördüncü yerləri bölüşürlər.

İdman.Biz