FIBA Avropa Kuboku: “Absheron Lions” ilk qələbəsini qazandı - YENİLƏNİB

Xəbərlər
6 Noyabr 2025 00:14
157
FIBA Avropa Kuboku: “Absheron Lions” ilk qələbəsini qazandı - YENİLƏNİB

“Absheron Lions” səfərdə möhtəşəm oyunla Estoniyanın “Kalev Cramo” klubunu 101–71 hesabı ilə məğlub edib.

Bu, Azərbaycan klubunun bu turnirdə ilk qələbəsidir.

21:24

“Neftçi” basketbol klubu FIBA Avropa Kubokunda növbəti oyununda qələbə qazanıb.

İdman.Biz-in məlumatına görə, I qrupunda mübarizə aparan “ağ-qaralar” IV turda Polşanın “Trefl” komandasını 92:87 hesabı ilə üstələyib.

Qarşılaşma Bakı İdman Sarayında baş tutub.

09:25

Bu gün Azərbaycanın basketbol klubları FIBA Avropa Kubokunda növbəti oyunlarını keçirəcəklər.

İdman.Biz xəbər verir ki, I qrupda çıxış edən “Neftçi” IV turda Polşanın “Trefl” komandasını öz meydanında qəbul edəcək.

Görüş Bakı İdman Sarayında saat 19:00-da başlayacaq.

Qrupun digər matçında “Abşeron Lions” səfərdə Estoniyanın “Kalev” komandası ilə qarşılaşacaq. Bu görüş saat 21:30-da start götürəcək.

Qeyd edək ki, “Trefl” turnir cədvəlində 6 xalla liderdir. “Neftçi” 5 xalla ikinci, “Kalev” 4 xalla üçüncü, “Abşeron Lions” isə 3 xalla dördüncü sırada qərarlaşıb.

İdman.Biz