FIBA Avropa Kuboku: “Abşeron Lions” ikinci oyununda da məğlub olub - YENİLƏNİB

Xəbərlər
22 Oktyabr 2025 21:48
140
FIBA Avropa Kuboku: “Abşeron Lions” ikinci oyununda da məğlub olub - YENİLƏNİB

“Abşeron Lions” basketbol komandası FIBA Avropa Kubokunun əsas mərhələsində I qrupun növbəti oyununa çıxıb.

İdman.Biz xəbər verir ki, klub Bakıda Polşa təmsilçisi “Trefl”lə üz-üzə gəlib.

Oyun 99:96 (25:20, 23:29, 25:27, 26:20) hesabı ilə qonaqların xeyrinə başa çatıb.

09:37

“Abşeron Lions” basketbol komandası FIBA Avropa Kubokunun əsas mərhələsində I qrupun növbəti oyununa çıxacaq.

İdman.Biz xəbər verir ki, Erhan Tokerin baş məşqçisi olduğu kollektiv Bakıda Polşa təmsilçisi “Trefl”lə üz-üzə gələcək.

Qarşılaşma bu gün, saat 19:00-da Bakı İdman Sarayında start götürəcək. I qrupun digər görüşündə Azərbaycan təmsilçisi “Neftçi” ötən gün Bakıda Estoniyanın “Kalev” komandasını 95:84 hesabı ilə üstələyib.

Qeyd edək ki, “Abşeron Lions” ilk qarşılaşmada “Kalev”ə uduzub - 85:93.

İdman.Biz