FIBA Avropa Kuboku: “Neftçi” əsas mərhələdə ilk qələbəsini qazandı

Xəbərlər
21 Oktyabr 2025 20:31
139
FIBA Avropa Kuboku: “Neftçi” əsas mərhələdə ilk qələbəsini qazandı

“Neftçi”nin basketbol komandası FIBA Avropa Kubokunun əsas mərhələsində I qrupun ikinci oyununu keçirib.

İdman.Biz xəbər verir ki, “ağ-qaralar” Bakıda Estoniyanın “Kalev” kollektivini qəbul edib.

Qarşılaşma “Neftçi”nin 95:84 hesablı qələbəsi ilə qurtarıb.

09:59

“Neftçi”nin basketbol komandası FIBA Avropa Kubokunun əsas mərhələsində I qrupun ikinci oyununu bu gün keçirəcək.

İdman.Biz xəbər verir ki, “ağ-qaralar” Bakıda Estoniyanın “Kalev” kollektivini qəbul edəcək.

Qarşılaşma Bakı İdman Sarayında, saat 18:30-da start götürəcək.

Qeyd edək ki, “Neftçi” ilk matçında Polşada “Trefl”ə uduzub - 63:92. I qrupunun digər görüşündə “Abşeron Lions” sabah Bakıda “Trefl”lə üz-üzə gələcək.

İdman.Biz

Məqalədə: