Avropa Kuboku: “Abşeron Lions” Estoniya təmsilçisinə məğlub olub - YENİLƏNİB

Xəbərlər
16 Oktyabr 2025 22:08
213
Avropa Kuboku: “Abşeron Lions” Estoniya təmsilçisinə məğlub olub - YENİLƏNİB

“Abşeron Lions” FIBA Avropa Kubokunun I qrupunda ilk oyununu keçirib.

İdman.Biz-in məlumatına görə, Azərbaycan klubu ilk turda Estoniyanın “Kalev” komandasını qəbul edib.

Bakı İdman Sarayında keçirilən görüş qonaq komandanın 85-93 (21-32, 22-19, 17-22, 25-20) hesablı qələbəsi ilə başa çatıb.

I qrupun ilk görüşündə Azərbaycanın "Neftçi" kollektivi dünən Polşada "Trefl"ə uduzub - 63:92.

09:17

Bu gün "Abşeron Lions" basketbol klubu FIBA Avropa Kubokunun I qrupunda mübarizəyə başlayacaq.

İdman.Biz xəbər verir ki, komandamız Estoniya təmsilçisi "Kalev"i qəbul edəcək.

Qarşılaşma Bakı İdman Sarayında, saat 19:00-da start götürəcək.

Qeyd edək ki, I qrupun ilk görüşündə Azərbaycanın "Neftçi" kollektivi Polşada "Trefl"ə uduzub - 63:92.

İdman.Biz