Avropa Kuboku: “Neftçi” ilk matçında meydançadan məğlub ayrıldı - YENİLƏNİB

15 Oktyabr 2025 23:12
306
Avropa Kuboku: “Neftçi” ilk matçında meydançadan məğlub ayrıldı - YENİLƏNİB

“Neftçi” basketbol komandası Avropa Kubokunun əsas mərhələsində bu gün mübarizəyə başlayıb.

İdman.Biz xəbər verir ki, “ağ-qaralar” ilk oyununu səfərdə Polşanın “Trefl” klubuna qarşı keçirib.

Qarşılaşma Polşa klubunun böyük üstünlüyü şəraitində keçib. “Trefl” 92:63 hesabı ilə qalib gəlib.

11:12

“Neftçi” basketbol komandası Avropa Kubokunun əsas mərhələsində bu gün mübarizəyə başlayacaq.

İdman.Biz xəbər verir ki, “ağ-qaralar” ilk oyununu səfərdə Polşanın “Trefl” klubuna qarşı keçirəcək.

Soport şəhərində yerləşən “Sopot Centennial” İdman Zalında baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:15-də start götürəcək.

Qeyd edək ki, “Neftçi” Avropa Kubokunda növbəti oyunlarını "Kalev/Kramo" (Estoniya) və "Bursaspor" (Türkiyə) komandalarına qarşı keçirəcək. Azərbaycanın digər təmsilçisi “Abşeron Lions” isə oktyabrın 16-da Estoniyanın “Kalev” komandasını qəbul edəcək.

İdman.Biz
Məqalədə: