FIBA Çempionlar Liqası: "Sabah" gərgin mübarizədə "Alba"ya məğlub oldu - YENİLƏNİB + FOTO

Xəbərlər
15 Oktyabr 2025 22:03
164
FIBA Çempionlar Liqası: "Sabah" gərgin mübarizədə "Alba"ya məğlub oldu - YENİLƏNİB + FOTO

"Sabah" basketbol klubu FIBA Çempionlar Liqasının əsas mərhələsində növbəti matçına çıxıb.

İdman.biz xəbər verir ki, Rimas Kurtinaytisin baş məşqçisi olduğu komanda Bakıda "Alba" (Almaniya) ilə qarşılaşıb.

Oyun 83:76 hesabı ilə Almaniya klubunun xeyrinə qurtarıb.

10:36

Bu gün "Sabah" basketbol klubu FIBA Çempionlar Liqasının əsas mərhələsində növbəti matçına çıxacaq.

İdman.biz xəbər verir ki, Rimas Kurtinaytisin baş məşqçisi olduğu komanda Bakıda "Alba" (Almaniya) ilə qarşılaşacaq.

Qarşılaşma Milli Gimnastika Arenasında, saat 20:00-da start götürəcək.

Qeyd edək ki, B qrupunda yer alan Bakı klubu ilk görüşdə Çexiya təmsilçisi "Nimburk"a 93:65 hesabı ilə məğlub olub. Komanda növbəti matçını oktyabrın 29-da səfərdə Fransa təmsilçisi "Elan"a qarşı keçirəcək.

İdman.Biz

Məqalədə: