“Sabah”ın basketbolçusu Endər Poladxanlı Çexiyada “Nimburk”a qarşı keçirəcəkləri FIBA Çempionlar Liqası matçında iştirak edə bilməyəcək.
Bu barədə klubun mətbuat xidmətindən “Report”a məlumat verilib.
Kapitan zədə səbəbindən meydana çıxmayacaq.
Azərbaycan təmsilçisini səfər qarşılaşmasında 50-yə yaxın azarkeşin dəstəkləyəcəyi gözlənilir.
Qeyd edək ki, B qrupunun qarşılaşması bu gün, Bakı vaxtı ilə saat 20:30-da start götürəcək.