NBA əfsanəsi Lebron Ceyms yeni qərarını anons edib.
İdman.biz bildirir ki, o yeni qərarını “bütün qərarların qərarı” adlandırıb.
Ceymsin sosial şəbəkədəki səhifəsində anonsun videosu yayılıb. Orada basketbolçu çəkiliş meydançasında stulda oturub. Bu mənzərə 2010-cu ildə televiziyada yayımlanan “Qərar” proqramını xatırladır.
“Bütün qərarların qərarı. 7 oktyabr. Sakit ocean vaxtı ilə 12:00 (Bakı vaxtı ilə 8 oktyabr 00:00)”, - basketbolçu videonun altında yazıb və “ikinci qərar” həştəqini əlavə edib.
2010-cu ildə Lebron Ceyms ESPN-in “"Qərar” adlı xüsusi proqramında “Klivlend”dən “Mayami”yə keçidini elan edib. Bu hadisə NBA tarixində ən çox danışılan olaylardan birinə çevrilib.