Avroliqa: “Anadolu Efes” İsrail klubunu məğlub edib

Xəbərlər
1 Oktyabr 2025 00:46
35
Avroliqa: “Anadolu Efes” İsrail klubunu məğlub edib

Türkiyənin “Anadolu Efes” basketbol klubu ilə İsrailin “Makkabi Tel-Əviv” komandası arasında Avroliqanın müntəzəm mövsümünün ilk turunun oyunu keçirilib.

İdman.biz xəbər verir ki, oyun 85:78 (21:19, 19:25, 20:15, 25:19) hesabı ilə Türkiyə komandasının xeyrinə başa çatıb.

“Anadolu Efes”in bombardiri 32 yaşlı polşalı müdafiəçi Cordan Loyd olub. O, 16 xal toplayıb və bir məhsuldar ötürmə edib.

İsrail komandasınn bombardiri 28 yaşlı fransız hücumçu Jaylen Oar olub. O, 15 xal toplayıb və iki məhsuldar ötürmə edib.

İdman.biz