I Liqa: "Zaqatala" və "Baku Sportinq"dən qalibiyyət

Xəbərlər
25 Sentyabr 2025 19:33
41
I Liqa: "Zaqatala" və "Baku Sportinq"dən qalibiyyət

Futbol üzrə Azərbaycan I Liqasında III tura yekun vurulub.

İdman.biz xəbər verir ki, bu gün iki oyun keçirilib.

"Zaqatala" səfərdə MOİK-dən üstün olub. "Baku Sportinq" isə doğma meydanda "Şimal"a qalib gəlib.

I Liqa, III tur

MOİK - "Zaqatala" 0:1
Qol: M.Qəhrəmani, 44

"Baku Sportinq" - "Şimal" 4:1
Qollar: C.Muxtarlı, 7, R.Seyidov, 29, İ.Allahverdiyev, 48 (pen), X.Məmmədli, 85 - X.Bədirov, 80 (pen).

Üç turdan sonra hərəyə 9 xal toplamış "Şəfa" və "Səbail" liderdirlər. "Baku Sportinq"in 7 xalı var

İdman.biz