Ayxan Abbasov: "Belə oyunlar çox olacaq"

Xəbərlər
19 Sentyabr 2025 21:30
50
Ayxan Abbasov: "Belə oyunlar çox olacaq"

"Üzücü məğlubiyyət oldu".

İdman.biz bildirir ki, "Şamaxı" klubunun baş məşqçisi Ayxan Abbasov "Zirə" ilə çempionatın beşinci turu çəriçivəsində keçirilən oyundakı 1:2 hesablə məğlubiyyəti şərh edərkən deyib.

"Bu gün uşaqlar yaxşı mübarizə apardılar. Sonda konsentrasiya çatmadı. Bu da yorğunluqdan irəli gəlirdi. Qısa vaxtda iki oyun oynadıq. Bəlkə də qalib gələ bilərdik. Amma heç nə bitməyib. Mübarizə davam edir. Belə oyunlar çox olacaq. Ən çox da gənc futbolçularımız möhkəm olmalıdır", - Abbasov vurğulayıb.

İdman.biz