Azər Həşimov: "Bəzi futbolçulardan tam istədiyimizi ala bilmirik"

Xəbərlər
19 Sentyabr 2025 19:37
40
Azər Həşimov: "Bəzi futbolçulardan tam istədiyimizi ala bilmirik"

"Üç oyundur standart vəziyyətdən qol buraxırıq. Futbolçulara tapşırıq versək də, yenə qol buraxdıq. Bunun üzərində daha çox işləyəcəyik".

İdman.biz bildirir ki, bu sözləri Misli Premyer Liqasının 5-ci turu çərçivəsində keçirilmiş "Karvan-Yevlax" - "İmişli" (0:3) oyunundan sonra yevlaxlıların baş məşqçisi Azər Həşimov matçdan sonra keçirilən mətbuat konfransında deyib.

"Ötən turlarda olduğu kimi yenə standart vəziyyətdən qol buraxdıq. Daha sonra rəqib əks-hücumda ikinci qolu vurdu. Fasiləyə məğlub durumda yollandıq. Çalışsaq da, geridönüş edə bilmədik", - məşqçi bildirib.

Həşimov bəzi legionerlərin potensialından aşağı çıxış etdiyini vurğulayıb: "3-4 legioner futbolçu var ki, onlardan tam istədiyimizi ala bilmirik".

İdman.biz