Bu gün Azərbaycan Premyer Liqasında XIII tura yekun vurulub.
İdman.biz xəbər verir ki, turun mərkəzi qarşılaşması Tofiq Bəhramov adına Respublika stadionunda keçirilib.
Günün ilk oyununda “Zirə” “Qəbələ” ilə qarşılaşıb. Çempionatın lideri autsayderlə görüşdə çətin qələbə qazanıb. Oyunun taleyini penalti zərbəsi həll edib. Qismət Alıyev 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirərək, komandasının 1-ci pillədəki yerini qorumasına şərait yaradıb. "Qəbələ" isə 8 xalla turnir cədvəlində sonuncu pillədə qərarlaşıb.
Qonşu pillələrdə yer alan iki komandanın duelində “Qarabağ” qələbə qazanıb. Çempion birinci dövrədə məğlub olan “Səbail”dən revanş ala bilib. Birinci hissədə rəqib qapısından iki top keçirən Ağdam təmsilçisi çətinlik çəkmədən 3 xal qazanıb. "Səbail" isə son 4 turda ikinci dəfə uduzub.
Qeyd edək ki, turun digər görüşlərində "Araz-Naxçıvan" "Kəpəz"ə (0:1), "Neftçi" "Sumqayıt"a (1:2) və "Turan Tovuz" "Sabah"a (2:3) uduzub.
Azərbaycan Premyer Liqası
XIII tur
12 noyabr
16:30. “Zirə” – “Qəbələ” - 1:0
Qol: Qismət Alıyev, 64 (pen.)
Baş hakim: Elçin Məsiyev
“Zirə”: 97. Tiaqo Silva, 77. Məqsəd İsayev, 8. İlkin Muradov, 32. Qismət Alıyev (k), 11. Rüstəm Əhmədzadə, 4. Ruan Renato, 44. Dmitrios Çantakias, 70. İssa Cibrila, 15. Pyer Zebli, 6. Eldar Quliyev, 19. Salifu Suma
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 50. Səlim Həşimov, 10. Rəhim Sadıxov, 20. İsmayıl İbrahimli, 16. Fuad Bayramov, 66. Pərviz Azadov, 87. İlqar Əhmədov, 5. Stefan Aka, 23. Andriya Lukoviç, 28. Abbas İbrahim, 7. Filipe Paxtman
Baş məşqçi: Rəşad Sadıqov
“Qəbələ”: 1. Rəşad Əzizli, 2. İlkin Qırtımov, 34. Urfan Abbasov (k), 5. Rauf Hüseynli, 20. Bilel Auaşeriya, 4. Lukas Afriko, 99. Ahmed Ayzaya, 19. Samuel Tetteh, 72. Osama Xalayla, 17. Yaovi Akakpo, 8. Gilad Abramov
Ehtiyat oyunçular: 36. Elməddin Sultanov, 13. Kristof Atanqana, 11. Asif Məmmədov, 28. Murad Musayev, 14. Ülvi İsgəndərov, 12. Nicat Əliyev, 33. Hüseyn Mürsəlov, 18. Mehrac Baxşalı, 3. Zurab Oçiqava
Baş məşqçi: Elmar Baxşıyev
Zirə İdman Kompleksinin stadionu
19:00. “Qarabağ” – “Səbail” - 3:1
Qollar: Toral Bayramov, 8. Yassin Benzia, 43. Olavio Juninyo, 55 - Pedro Nuno, 76
Baş hakim: Rəvan Həmzəzadə
“Qarabağ”: 89. Amin Ramazanov, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 27. Toral Bayramov, 10. Abdullah Zubir (k), 81. Kevin Medina, 66. Patrik Andrade, 7. Yassin Benzia, 18. Olavio Juninyo, 6. Julio Romao, 15. Leandro Andrade
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 20. Riçard Almeyda, 5. Maksim Medvedev, 55. Bədavi Hüseynov, 4. Rahil Məmmədov, 90. Nəriman Axundzadə, 29. Marko Veşoviç, 17. Hamidu Keyta, 8. Marko Yankoviç, 11. Adama Diakabi, 2. Mateus Silva, 19. Redon Cica
Baş məşqçi: Qurban Qurbanov
“Səbail”: 1. Səlahət Ağayev (k), 74. Yusif Nəbiyev, 8. Bahadur Həziyev, 18. Süleyman Əhmədov, 11. Rüfət Abdullazadə, 88. Valdemar Almeyda, 4. Adi Mehremiç, 99. David Qomis, 27. Pedro Nuno, 55. Nir Bardea, 21. Anas Najah
Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 9. Amil Yunanov, 15. Vüqar Həsənov, 17. Rafael Məhərrəmli, 19. Samir Abdullayev, 3. Silvayin Deslandes, 44. Yadin Luqasi
Baş məşqçi: Şahin Diniyev
Tofiq Bəhramov adına Respublika Stadionu
N |
Klublar |
O |
Q |
H |
M |
T-F |
X |
1 |
Zirə |
13 |
8 |
3 |
2 |
13-7 |
27 |
2 |
Qarabağ |
13 |
8 |
2 |
3 |
31-12 |
26 |
3 |
Sumqayıt |
13 |
6 |
3 |
4 |
14-14 |
21 |
4 |
Səbail |
13 |
6 |
3 |
4 |
22-21 |
21 |
5 |
Araz-Naxçıvan |
13 |
6 |
2 |
5 |
15-14 |
20 |
6 |
Neftçi |
13 |
5 |
3 |
5 |
14-12 |
18 |
7 |
Sabah |
13 |
4 |
4 |
5 |
18-17 |
16 |
8 |
Turan Tovuz |
13 |
4 |
3 |
6 |
21-18 |
15 |
9 |
Kəpəz |
13 |
2 |
3 |
8 |
7-24 |
9 |
10 |
Qəbələ |
13 |
2 |
2 |
9 |
7-23 |
8 |
Bombardirlər: Olavio Juninyo ("Qarabağ") - 10 qol, Aleksandr Ramalinqom ("Səbail") - 6 qol
İdman.biz