Braziliyalı Breno Almeyda karyerasını Azərbaycanda davam etdirəcək

Xəbərlər
15 Yanvar 2026 22:00
46
Braziliyalı Breno Almeyda karyerasını Azərbaycanda davam etdirəcək

Braziliyalı Breno Almeyda Azərbaycan çempionatında oynamağa davam edərək karyerasında yeni bir fəslə başlamağa hazırlaşır.

İdman.Biz bu barədə Kiprin “Goal News” portalına istinadən xəbər verir.

Məlumata əsasən, artıq oyunçunun çıxış etdiyi Kiprin “Etnikos” komandasına Azərbaycandan təklif gəlib.
Təklif “Etnikos” rəhbəliyi tərəfindən müsbət qarşılanıb və braziliyalı Kipri tərk etməyə hazırlaşır.

“Brenonun gedişi, şübhəsiz ki, “Etnikos” üçün itkidir, çünki o, hücum cinahlarında keyfiyyət, sürət və yaradıcılıq təklif edirdi. Lakin müqavilənin maliyyə tərəfləri elədir ki, onu görməzdən gəlmək mümkün deyil və komanda prezidenti Kikis Filippu transfer üçün yaşıl işıq yandırıb.

Azərbaycana köçmək Breno üçün həm rəqabət, həm də maliyyə baxımından vacib bir fürsətdir”, - məqalədə bildirilir.

27 yaşlı sağ cinah oyunçusu bu mövsüm 13 oyun keçirib, üç qol vurub və dörd məhsuldar ötürmə edib. O, 2024-cü ilin yayında “Etnikos”a qoşulub və bütün yarışlarda komanda üçün 47 oyun keçirib, altı qol vurub və on məhsuldar ötürmə edib.

İdman.Biz