II Liqa: “Qaradağ Lökbatan” rekorda imza atıb - VİDEO

Xəbərlər
22 Dekabr 2025 19:37
40
II Liqa: “Qaradağ Lökbatan” rekorda imza atıb

Azərbaycanın futbol üzrə II Liqasında “Qaradağ Lökbatan” rekord göstəriciyə nail olub.

İdman.Biz xəbər verir ki, çempionatın 14-cü turunda səfərdə “Araz Saatlı” ilə qarşılaşan “Qaradağ Lökbatan” meydan sahiblərinin qapısına 13 top vurub. Matç “Qaradağ Lökbatan”ın 13:1 hesablı qələbəsi ilə bitib.

Ölkəmiqyaslı yarışlarda 12 top fərqi ilə qalibiyyət sonuncu dəfə bu mövsümün ikinci turunda olub. Həmin oyunda da “Araz Saatlı” “fərqlənib”. “Şəki” klubu səfərdə “Araz Saatlı”ını qapısına 12 cavabsız qol vurub.

İdman.Biz