Kurban Berdıyev: “Bu səhvləri etməməli idik”

Xəbərlər
13 Dekabr 2025 21:41
48
Kurban Berdıyev: “Bu səhvləri etməməli idik”

“Bu gün müdafiədə buraxdığımız kobud səhvlərdən sonra “Sabah” qollar vurdu və qələbə qazandı. Bu səhvləri etməməli idik”.

İdman.Biz bildirir ki, bu sözləri “Turan Tovuz” klubunun baş məşqçisi Kurban Berdıyev “Sabah”la oyundan sonra deyib.

Oyun 3:1 hesabı ilə “Sabah”ın xeyrinə qurtarıb.

“Desək ki, məşçi səhv etmir, doğru olmaz. İstənilən məşqçi səhv edir. Birinci hissədə meydanda düzülüşümüz düzgün deyildi. Bunun nəticəsində “Sabah”ın istifadə edəcəyi boşluqlar çox oldu.

Azarkeşləri məyus etdiyimiz üçün özümüzü yaxşı hiss etmirik. Bu, utancvericidir”, - Berdıyev bildirib.

İdman.Biz