“Kəpəz” futbol klubu yarımmüdafiəçi Otar Aptsiauri ilə yollarını ayırıb.
Bu barədə İdman.Biz klubun mətbuat xidmətinə istinadən bildirir.
Gürcüstanlı futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
“Klubumuz Otar Aptsiauriyə xidmətlərinə görə təşəkkür edir, gələcək karyerasında uğurlar arzulayır”, - klubun rəsmi paylaşımında deyilir.
Yarımmüdafiəçi bu ildən “Kəpəz”in heyətində çıxış edirdi.
