Əvəzedicilər Liqası: Liderlərin üstünlüyü ilə keçən tur

Xəbərlər
27 Oktyabr 2025 20:36
38
Əvəzedicilər Liqası: Liderlərin üstünlüyü ilə keçən tur

Əvəzedicilər Liqasında 8-ci tura yekun vurulub.

İdman.Biz xəbər verir ki, bu gün 4 oyun keçirilib.

“Qəbələ-2” doğma meydanda “Qarabağ-2” ilə qarşılaşıb. Oyun 3:0 hesabı ilə meydan sahiblərinin xeyrinə qurtarıb.

“Zirə-2” isə “Araz-Naxçıvan-2”nin qonağı olub. Bu görüş də meydan sahiblərinin 3:0-lıq qələbəsi ilə yekunlaşıb.

“Şamaxı-2” öz meydançasında “Turan-Tovuz-2”yə məğlub olub – 1:3.

Nəhayət “Sabah-2” səfərdə “Sumqayıt-2”nin öhdəsindən gəlib - 2:1.

Səkkiz turdan sonra “Sabah-2” 17 xalla liderdir. “Qəbələ-2” və “Neftçi-2” liderdən 1 xal geri qalırlar. “Kəpəz-2” 4 xalla sonuncu yerdədir.

İdman.Biz