“Daha da çox vura bilərdik”.
İdman.Biz bildirir ki, bi sözləri Misli Premyer Liqasının 9-cu turunda “Kəpəz”lə oyundan sonra “İmişli”nin baş məşqçisi Jorj Kaşkilya deyib.
Qarşılaşma “İmişli”nin 3:0 hesablı qələbəsi ilə nəticələnib.
“Vüsal Qənbərov ağır zədə aldı. Bu, komandaya psixoloji cəhətdən mənfi təsir etdi. İlk yarıda bərabər oyun gedirdi. Birinci hissənin sonunda bizə qol lazım idi, onu da vurduq. Fasilədə uşaqlarla söhbət etdik. Bütün oyunçular Vüsalı düşünürdü. Onlar üçün toparlanmaq çətin idi. Söhbərlərdən sonra futbolçuları oyuna kökləyə bildik. 3 qol vurduq. Qalibiyyətə layiq idik. Hamımız qələbəni Vüsal Qənbərova həsr edirik”, - baş məşqçi bildirib.
Kaşkilyanın sözlərinə görə, komandanın məqsədi hər oyunda xal qazanmaqdır: “Biz sürpriz komaandayıq. Aşağı liqadan gəlsək də, kifayət qədər xal toplaya bilmişik. Texniki məğlubiyyəti saymasaq, komanda olaraq meydanda 15 xal qazanmışıq”.
