Polis “Neftçi” azarkeşlərini stadiondan çıxarıb

Xəbərlər
3 Oktyabr 2025 23:11
50
Polis “Neftçi” azarkeşlərini stadiondan çıxarıb

Misli Premyer Liqasının VII turunun “Zirə” – “Neftçi” matçının gedişində xoşagəlməz hadisə baş verib.

İdman.biz-in İdmanxeber.az-a istinadən verdiyi məlumata görə, görüşün ikinci hissəsində “Neftçi” azarkeşləri ilə polis arasında gərginlik yaşanıb. Nəticədə polis əməkdaşları “Forza Neftçi” azarkeş qrupunu stadiondan kənarlaşdırıb.

Qeyd edək ki, görüş heç-heçə (2:2) hesabı ilə qurtarıb.

İdman.biz