“Zirə”nin baş məşqçisi: “Sonluq çox dramatik alındı”

Xəbərlər
3 Oktyabr 2025 22:43
38
“Zirə”nin baş məşqçisi: “Sonluq çox dramatik alındı”

“Bu il hücum xəttində ciddi problemlər yaşayırıq. Zədəlilərimiz var”.

İdman.biz bildirir ki, bu sözləri Misli Premyer Liqasının 7-ci turunda “Neftçi” ilə oyundan sonra “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov deyib.

Oyun 2:2 hesabı ilə bitib. “Zirə” bərabərlik topunu 90+8-ci dəqiqədə penaltidən vurub.

“Komandamdan keyfiyyətli oyun gördüm. Keçənilki matça bənzədi. Sonluq çox dramatik alındı. 100 faizli qol epizodu bizdə çox idi. Topun qapı xəttini keçib-keçmədiyini bilmirəm. Futbolçularım irəli atıldılar, penalti ilə hesabı bərabərləşdirdik. Hər iki komanda baxımlı futbol oynamağa çalışırdı”, - Sadıqov bildirib.

İdman.biz