"Qarabağ"ın UEFA Çempionlar Liqasının ilk turunda "Benfika" üzərində qazandığı tarixi qələbədən (3:2) sonra Ağdam klubunun yarımmüdafiəçisi Pedro Bikalyo matçın ən yaxşı futbolçusu seçilib.
İdman.biz xəbər verir ki, futbolçu bütün 90 dəqiqəni meydanda keçirərək, təsirli fiziki və texniki göstəricilər nümayiş etdirib. Bikalyo 88% dəqiq ötürmə edib, 12,1 km qaçıb və maksimal sürətini 30,2 km/saat-a çatdırıb.
Yarımmüdafiəçinin heç bir qol vurmamasına və heç bir məhsuldar ötürmə etməməsinə baxmayaraq, meydanın mərkəzində işləməsi Qurban Qurbanovun komandasının uğurunun açarı olub və “Qarabağ”a tarixdə ilk dəfə Çempionlar Liqasının qrup mərhələsini qazandırıb.
İdman.biz