“Sabah”ın Aleksey İsayevin transferi üçün ödədiyi məbləğ məlum olub.
İdman.biz Sportal.az-a istinadən xəbər verir ki, “bayquşlar” bu transfer üçün “Qarabağ”a 150 min manat ödəyib.
“Sabah” millimizin futbolçusu ilə 2 illik müqavilə imzalayıb.
Qeyd edək ki, yarımmüdafiəçi “Yenisey”, “Zenit”, “Sumqayıt” klublarında da oynayıb.