“D” kateqoriyalı məşqçi kurslarına start verilib

Xəbərlər
18 İyun 2025 19:35
30
“D” kateqoriyalı məşqçi kurslarına start verilib

AFFA-nın Təhsil və Reabilitasiya Mərkəzində təşkil edilən “D” kateqoriyalı məşqçi kurslarına 30 nəfər cəlb olunub.

İdman.biz xəbər verir ki, AFFA-nın Kütləvi Futbol Departamentinin rəhbəri Fərrux İsmayılov və aparıcı mütəxəssis Orxan Mikayıllı iştirakçılara kursun mahiyyəti haqqında danışıblar.

Kursun ilk günündə AFFA-nın məşqçi kurslarının təlimatçısı İlham Əzizzadə və Fərrux İsmayılov tərəfindən iştirakçılara ilkin futbol bilikləri haqqında məlumat verilib.

Qeyd edək ki, kurs 3 gün davam edəcək.

İdman.biz