AVRO-2024: Azərbaycan yığması Avstriyaya uduzub, rəqib final mərhələsinə yüksəlib - VİDEO

Xəbərlər
16 Oktyabr 2023 21:52
280
AVRO-2024: Azərbaycan yığması Avstriyaya uduzub, rəqib final mərhələsinə yüksəlib - VİDEO

Azərbaycan yığması bu gün AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində növbəti oyununu keçirib.

İdman.biz xəbər verir ki, milli komanda doğma azarkeşlər qarşısında Avstriyaya məğlub olub.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan oyunda yeganə qol penaltidən vurulub. Zabitser 48-ci dəqiqədə zərbəni dəqiq yerinə yetirib. Matçın son dəqiqələrində komandamız qol vurmaq üçün əla imkan qazansa da, Toral Məmmədov topu qapıdan yan vurub. Nəticədə qələbə sayəsində Avstriya futbolçuları AVRO-2024-ün final mərhələsinə vəsiqəni təmin ediblər.

Milli seçmə mərhələdə öz meydanında keçirdiyi üçüncü görüşdə də qələbə qazana bilməyib. Belçika və Avstriyaya uduzan yığma Estoniya ilə xalları yarıya bölüb.

Qeyd edək ki, Belçika – İsveç qarşılaşması saat 22:45-də başlayacaq.

AVRO-2024-ün seçmə mərhələsi
F qrupu, VIII tur
16 oktyabr
20:00. Azərbaycan - Avstriya - 0:1
Qol:
Zabitser, 48 (pen.)
Baş hakim: Aristotelis Diamantopulos (Yunanıstan)

Azərbaycan: 12. Şahruddin Məhəmmədəliyev, 3. Elvin Cəfərquliyev, 4. Rahil Məmmədov, 5. Anton Krivotsyuk, 6. Höccət Haqverdi, 7. Coşqun Diniyev, 8. Emin Mahmudov (k), 9. Renat Dadaşov, 11. Ramil Şeydayev, 17. Toral Bayramov, 20. Aleksey İsayev

Baş məşqçi: Canni De Byazi

Avstriya: 12. Aleksander Şlager, 2. Maksimilian Vöber, 4. Xaver Şkager, 6. Nikolas Şeyvald, 7. Saşa Kaladziç, 10. Florian Qrilitş, 15. Filipp Lyenhart, 16. Romano Şmid, 17. Florian Kaynts, 18. Aleksander Prass, 20. Konrad Laymer (k)

Baş məşqçi: Ralf Ranqnik

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

1

Belçika

6

5

1

0

16-3

16

2

Avstriya

7

5

1

1

15-7

16

3

İsveç

5

2

0

3

11-8

6

4

Azərbaycan

6

1

1

4

4-12

4

5

Estoniya

6

0

1

5

2-18

1

İdman.biz