"Sabah", "Kəpəz" və "Səbail" cərimələnib

Xəbərlər
7 Sentyabr 2023 13:06
77
"Sabah", "Kəpəz" və "Səbail" cərimələnib

AFFA İntizam Komitəsi "Sabah" və "Kəpəz" klublarını cərimələyib.

İdman.biz milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, "Sabah" 5 oyunçusu "Turan Tovuz"a 0:3 hesabı ilə uduzduqları V turun görüşündə sarı vərəqə ilə cəzalandığı üçün 700 manat ödəyəcək.

"Kəpəz" isə 4 üzvü "Araz-Naxçıvan"a 1:2 hesabı ilə yenildikləri qarşılaşmada eyni aqibəti yaşayıb və klubu 700 manat ziyana salıb.

"Səbail" klubu "Qarabağ"a 2:1 hesabı ilə qalib gəldiyi matçda meydana kənar şəxslərin daxil olması ucbatından 800 manat cərimələnib.

İdman.biz