Sertanın qırmızısı “Manisa”nı qələbədən edib

Xəbərlər
25 Fevral 2024 19:52
477
Sertanın qırmızısı “Manisa”nı qələbədən edib

Azərbaycanlı futbolçu Sertan Taşkın Türkiyə 1-ci Liqasının 24-cü turunda qırmızı vərəqə ilə cəzalandırılıb.

İdman.biz çıxış edir ki, “Manisa”nın müdafiəçisi “Gənclərbirliyi” ilə oyunun 75-ci dəqiqəsində komandasını azlıqda qoyub.

Sertan 8 dəqiqə ərzində iki sarı vərəqə alaraq, meydanı vaxtından əvvəl tərk edib. Hesabda 1:0 öndə olan “Manisa” son dəqiqələrdə qapısından qol buraxaraq, 1 xala razı olub. 24 turdan sonra 28 xal toplayan komanda 12-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, qışda “Manisa”ya keçən Sertan meydana çıxdığı 6 oyunda 2 dəfə qırmızı vərəqə alıb.

İdman.biz

Məqalədə: